Ət məhsullarının insan orqanizmində müxtəlif xəstəliklər yaratması barədə məlumatlar dolaşır.
Tpyuq əti ən çox istifadə edilən ət məhsuludur. Belə ki, xaricdən gətirilən və yerli məhsulumuz olan toyuq ətinin dərisi xərçəng xəstəliyinin yaranmasına səbəb olduğu bildirilir. İnkişaf etmiş ölkələrdə toyuğun tez böyüməsi üçün ona müxtəlif hormonlar vururlar. Nəticədə toyuq 20-30 günə böyüyür. Vurulan hormonların qalığı olan zəhər isə toyuğun dərisinə yığılır.
Toyuğun dərisini yeyən kişilərdə prostat və bağırsaq xərçənginin, qadınlarda isə döş vəzi xərçənginin yaranma ehtimalı böyükdür. Qeyd edək ki, uşağa süd verən analar bu sıraya daxil deyillər. Yəni onların döş xərçənginə tutulma faizi sıfıra bərabərdir.
Ölkə bazarına daxil olan məhsulların hamısı yoxlanılır. Sərhədi keçməmişdən əvvəl ərzaqlardan nümunə götürülür və Respublika Baytarlıq Komitəsində analiz edilir. Özü də məhsulun müayinəsi 16 istiqamətdə aparılır. Müayinələr nəticəsində toyuğun dərisində hormonal preporatlar aşkar olunmayıb. Yəni toyuqlara vurulan hormonlar normadan artıq deyil". Y.Xanvəli toyuq dərisində doğrudan da xərçəng xəstəliyinin yaranmasına təsir edə biləcəyi ehtimalını istisna etmədi. Mərkəzi Klinik Xəstəxananın onkoloqu Azər Quliyev hazırda xərçəngin erkən yaşlarda təsadüf olunduğunu qeyd edir: "Xərçəngin cavanlaşmasının səbəbləri sırasında konserogen maddələrlə (hava ilə udduğumuz zəhərli maddələr) yanaşı qidalanma faktoru da rol oynayır.
Hormonlar vurularaq 40 günə böyüdülmüş toyuqların budlarının və dərisinin xərçəng yaratma ehtimalı çox yüksəkdir. Ona görə də toyuq budlarını və dərisini yeməkdən, ümumiyyətlə, ət məhsullarının istifadəsindən qaçmaq məsləhətdir".
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub