Acqarına meyvə şirələrinin istehlakı bağırsaqların mikroflorasına mənfi təsir göstərir.
ABŞ-ın Prinston Universitetinin tərkibinə daxil olan Lüis Siqler adına İnteqrativ genomika institutunun alimləri belə bir bəyanatla çıxış ediblər.
Mynews.az oxu.az-a istinadən bildirir ki, onların tədqiqatlarının nəticələri Cell Metabolism jurnalında dərc olunub.
Mütəxəssislər təcrübə aparıblar və bu zaman siçanlara acqarına şirə və nektar veriblər.
Məlum olub ki, belə vəziyyətdə nazik bağırsaq fruktozanı parçalaya bilmir: o, birbaşa yoğun bağırsağa düşür və mikroorqanizmlərə ciddi zərər vurur - nəticə olaraq, onlar karbohidratların öhdəsindən gələ bilmir. Bu, həm paketlənmiş, həm də yeni çəkilmiş şirələrə aiddir.
Alimlər qeyd edirlər ki, meyvə şəkərinin 90% məhz nazik bağırsaqda həzm olunur.
Tədqiqatçılar şirələrdən az miqdarda və yalnız qida qəbulundan sonra istifadə etməyi məsləhət görürlər. Belə yanaşma həzm sisteminin "yüklənməsinin" qarşısını alacaq və bağırsaq sisteminin mikroflorasına zərər vurmayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub