Dünən bir gündə beş azyaşlının dərmandan zəhərlənməsi hadisəsi dərmanların keyfiyyətsizliyi və həkim səhlənkarlığı məsələsini gündəmə gətirsə də, əsas səbəb başqa imiş.
Mynews.az -ın məlumatına görə, məlum olub ki, zəhərlənmə hadisələri sadəcə valideyn səhlənkarlığı ucbatından baş verib.
Həkim Vaqif Qarayev bildirib ki, uşaqlardan ikisi sirkə turşusu, üçü isə qıcolma əleyhinə və sakitləşdirici dərmanlardan zəhərlənib: “Valideyn məsuliyyətsizliyi göz önündədir! Bəlkə yazıların istiqamətini və məzmununu dəyişib valideynləri məsuliyyətə səsləyək?!”
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov da “Qafqazinfo” ya açıqlamasında faktı təsdiqləyib. Qeyd edib ki, uşaqlardan ikisi sirkə turşusundan, ikisi qıcolma və sakitləşdirici dərmandan, biri isə burun damcısından zəhərlənib: “Hazırda onlardan ikisi evə buraxılıb. Üçünün vəziyyəti isə orta ağırdır, yaxşılaşmağa doğru gedir. Zəhərlənmə hadisəsi valideyn nəzarətsizliyi səbəbindən baş verib”
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub