2016-cı ildə 732, 2017-ci ildə 714 dərmanlardan zəhərlənmə halları qeydə alınıb.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın baş toksikoloqu, ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev bildirib.
Onun sözlərinə görə, ən kəskin zəhərlənmə yuxu gətirən və qıcolmaya qarşı olan preparatlar vasitəsilə olub.
Bu növ dərmanlardan zəhərlənmə preparatın keyfiyyətsiz olması ilə əlaqəli deyil. Sadəcə, vətəndaşlar dərman preparatlarını yüksək dozada və həkim məsləhəti olmadan istifadə edir.
Bu dərmanlar həm də intiharlar zamanı istifadə olunur. Baş ağrısını azaldan və antibiotik preparatlarından zəhərlənmə halları da çoxdur.
İsmayıl Əfəndiyev əlavə edib ki, ən çox zəhərlənmə uşaqlar arasında baş verir. Buna səbəb onların dərmanı nəzarətsiz qəbul etməsidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub