Sarımsaq damarları xolesteroldan təmizləyən ən effektli təbii vasitədir. Bunu onlarla müxtəlif ölk'lərdə aparılan elmi araşdırmalar təsdiq edib.
Xolesterol (yağa oxşayan maddə) damarların daxilində yığılaraq damarları zəif və kövrək edir, daraldır, trombların əmələ gəlməsinə səbəb olur. Nəticədə bu ürək xəstəliklərinə, infarkt və insulta gətirib çıxarda bilər.
Sarımsağın tərkibində olan nadir allisin maddəsi damarları xolesteroldan təmizləyir, onların sağlamlığını və cavanlığını qoruyur.
Milli.Az saglamolun.az-a istinadən rusiyalı fitoterapevt Konstantin Makarovun damarları xolesteroldan təmizləyən sarımsaqlı suyun reseptini təqdim edir.
Tərkib:
- 1 iri baş sarımsaq
- 1 stəkan su
Hazırlanması:
Sarımsağı təmizləyin, əzin, üzərinə soyuq qaynanmış su tökün, 1 həftə sərin yerdə saxlayın (vaxtaşırı olaraq qarışdırın). 1 həftədən sonra məhlulu yaxşı süzün və sonra qapağı kip bağlı bankada soyuducuda saxlayın.
İstifadəsi:
Hər gün səhər 1 çay qaşığı için. Müalicə kursu - 1,5 ay. Daha sonra 1,5 ay fasilə verin və müalicəni təkrarlayın. Belə müalicə kurslarını daim etmək olar.
Sarımsaqlı su damarları təmizləməklə yanaşı, həmçinin, immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabı azaldır, qurdqovucu təsir edir, xərçəngdən qoruyur.
Diqqət! Mədə və 12 barmaq bağırsağı xorası, qastrit, öd daşı xəstəliyi, pankreatit zamanı sarımsaqlı suyun qəbulu qadağandır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub