Tibb aləmində belə hesab olunur ki, USM hamiləlik zamanı tam ziyansızdır və qadın və gələcək uşağa mənfi təsir etmir.
Lakin Boston Universiteti alimlərinin son araşdırması bunu təkzib edib. Araşdırmanın nəticələri JAMA Pediatrics jurnalında dərc olunub.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, alimlər 420 autizm xəstəliyi olan uşağın sağlamlıq haqqında məlumatlarını araşdırdıqdan sonra aşkar ediblər ki, bu uşaqlar sağlam uşaqlarla müqayisədə bətn daxilində daha tez-tez orta və güclü US şüalanmanın təsirinə məruz qalıblar. Söhbət ilk növbədə hamiləliyin 1-ci və 2-ci üçaylığından gedir.
Alimlərin fikrinə görə, bu şüalanma dölün neyronlarına (beyin hüceyrələri) təsir edir ki, daha sonra uşaqda autizmin inkişafının riski xeyli artır.
Son zamanlar bütün dünyada uşaqlar arasında autizm halları artmaqdadır. Həmçinin hamiləlik zamanı USM- dən istifadə də xeyli artıb. Alimlər buna ciddi fikir verməyi tövsiyə edir.
Heyvanlar üzərində aparılmış araşdırmalar sübut edib ki, USM neyronlara mənfi təsir edə bilər.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub