Erektil disfunksiya (cinsi zəiflik, impotensiya) daha tez-tez yaşlı kişilərdə təsadüf edilir.
Lakin bəzən cavan kişilər də bu problemlə üzləşir. Mynews.az saglamolun.az-a istinadən bildirir ki, bu pozulmanın səbələri fizioloji və psixoloji ola bilər. Erektil disfunksiyanın müalicəsi müxtəlif üsullarla aparılır, lakin pozulmanı müalicə edən universal preparat mövcud deyil.
Bir neçə ölkədə aparılmış elmi araşdırmalar göstərib ki, cinsi zəiflik zamanı qırmızı jenşenin istifadə çox yaxşı nəticələr verir. Araşdırmanın birində cinsi zəifliyindən əziyyət çəkən 119 kişi iştirak edib. 8 həftə ərzində kişilərin bir qrupu qırmızı jenşen, digər qrupu plasebo ("boş həb") qəbul edirdi. 8 həftədən sonra məlum olub ki, qırmızı jenşeni qəbul edən kişilərdə ereksiya yaxşılaşıb.
Alimlərin fikrinə görə, bitki qan dövranını yaxşılaşdırır və əzələləri boşaldır ki, bu da cinsi zəifliyinin müalicəsində kömək edir.
Qırmızı jenşenin müalicəvi effekti Amerika ailə həkimlərinin akademiyası tərəfindən təsdiq olunub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub