Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

1017
Gecə növbəsində işləyən kişilərə BƏD XƏBƏR

Aparılan yeni araşdırmalar nizamsız iş saatlarının kişilərdə həm cinsi istəyi, həm də ata olmaq şansını azaltdığını ortaya qoyub.

Mynews.az lent.az-a istinadən maraqlı araşdırmanın nəticələrini təqdim edir.

Araşdırmaya görə, növbəli iş kişinin yuxu və qida nizamını, idman fəaliyyətlərini pozaraq sağlamlığına mənfi təsir edir. Növbəli işləyən kişilərdə testosteron səviyyəsi aşağı düşür. Testosteronun aşağı olması da sperma keyfiyyətinə mənfi təsir edir. Bu nəticələr gecə növbəsində işləyənlər üçün bir həyəcan siqnalı çalır.

Araşdırma nəticəsində növbəli işləyən kişilərdə sperma sayının ciddi şəkildə aşağı olduğu aşkarlanıb. Nizamsız və çox az yatmağın hormon səviyyəsinə, sperma ifrazında önəmli olan genə təsir etdiyi ortaya çıxıb. Növbəli iş sistemi, eyni zamanda, yuxu problemlərinə yol açır. Yetərsiz yuxu ilə bağlı sidik yolu problemləri və ereksiya pozğunluğu da yaranır.

Bu problemlər tez-tez və ya az-az sidiyə çıxmaq, sidiyi saxlaya bilməmək, gecə yuxudan oyanıb sidiyə getmək şəklində özünü bəlli edir.

Qadınlar da eyni durumdadır

Daha əvvəl aparılan araşdırmalarda isə gündüz işləyən qrupdan fərqli olaraq, növbəli və xüsusən gecə növbəsində işləyən qadınlarda yumurtalıq keyfiyyətinin daha aşağı olduğu təsbit edilmişdi. Süni mayalanma üçün müraciət edən və fiziki olaraq ağır işdə işləyən qadınların yumurta ehtiyatının yüngül işdə işləyənlərə nisbətən yüzdə 8,3 aşağı olduğu müəyyən edilib. 

Xəbər lenti