Alimlər illərdir həssas əməliyyatlarda istifadə etmək üçün robot texnologiyasını inkişaf etdirməyə çalışırlar. Son zamanlar robotların köməyi ilə ən çətin xəstəliklərin qarşısını almaq mümkün olub. Hazırda tədqiqatçılar nanotexnologiyalar sayəsində xərçəngə qarşı mübarizə aparan mikroskopik robotlar hazırlamağa başlayıblar.
Mynews.az xəbər verir ki, "Phillips Innovative Technologies" laboratoriyasında hazırlanan bu nanorobotlar tibb sahəsində indiyədək mümkün olmayan müalicə üsullarına yol açacaq. Robotlar maqnetik sahə ilə uzaqdan idarə ediləcək.
Əvvəllər hazırlanan robotlara fərqli proseslər üçün yeganə bir siqnalla nəzarət etmək mümkün deyildi. Yeni kəşf edilən texnologiya sayəsində isə nanorobotlar mürəkkəb vəzifələri yerinə yetirməkdə heç bir çətinlik çəkmirlər. Hazırda alimlər nanorobotlar vasitəsilə xərçəngə qarşı mübarizə aparan radioaktiv nüvələri şişlərin içinə yerləşdirməyə çalışırlar. Əgər müsbət nəticə əldə edilsə, çox az yan təsirlə bir çox xərçəng növünün müalicəsi mümkün olacaq. (Azərtac)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub