Duz, istiot və limonu sadəcə salatlarda deyil, müxtəlif xəstəliklərə də şəfa vermək məqsədi ilə istifadə edə bilərsiniz. Milli.Az ailem.az-a istinadən duz, istiot və limonun faydalı olduğu xəstəliklər barədə məlumat verir.
Boğaz ağrısı
Bir stəkan təzə sıxılmış limon suyunun içərisinə yarım çay qaşığı istiot və 1 çay qaşığı dəniz duzu əlavə edin. Bu qarışımla hər gün qarqara edin. Boğaz ağrısının getdiyini görəcəksiniz.
Tıxamış burun
Asqıraraq burun tıxanıqlığınızı apara bilərsiniz. İstiot, darçın və zəncəfil toxumlarını bərabər miqdarda qarışdırın. Qarışımı yavaş-yavaş iyləyin. Asqırdığınızda burun tıxanıqlığınız da keçəcək.
Mədə bulanması
Yarım limonun üzərinə bir az istiot və duz töküb yeyin. Mədə bulanmanızın dərhal keçdiyini görəcəksiniz.
Diş ağrısı
Yarım çay qaşığı istiot və mixək yağını qarışdırın. Qarışımı dişinizdə ağrı olan yerə vurun. Ağrının qısa zamanda azaldığını görəcəksiniz.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub