Hamımız özümüzü stressli və narahat hiss etdiyimiz zaman mədəmizin ağrıdığını, bəzən də bir bulanma hissini yaşayırıq. Məsələn, cəmiyyət qarşısında danışmağa çıxarkən və ya bir imtahandan əvvəl, stress yaşadığımız bir vəziyyətdə çoxumuz mədəmizdə, bağırsaqlarımızda olan bəzi hərəkətləri hiss edirik.
Mynnews.az deyerler.org-a istinadən bildirir ki, ortaya çıxan bu davranışların hamısının bir səbəbi var. Qastroentestinal sistemin duyğulara qarşı bir həssaslığı var. Hirslilik, qayğı, sevinc kimi bir çox duyğu vəziyyətimiz ortaya çıxdığında bağırsaqlarımızda bir hərəkət başlayır.
Sevdiyimiz bir yeməyi düşünsək belə, mədədəki turşular aktivləşir, qarınımız tox olsa belə, bəzi yeməkləri istehlak etmək istəyərik. Bu təsir əslində iki tərəflidir. Problemli bir bağırsaq sistemi da beynə siqnal göndərə bilər.
Elə isə, bir adamın mədə-bağırsaq sistemindəki bir çətinlik, bəzən onda narahatlığa, stressə və depressiyaya səbəb ola bilər, ya da meydana gəlməsini təmin edə bilər.
Bu vəziyyət, insanlarda fiziki bir problem olmadığı zaman qastroentestanal sistemlərində bir problemin olması durumunda qəbul edilir. Fiziki bir problem olduğu zaman həkim bu problemi həll edir, lakin hər hansı bir problem yoxdursa, həkim stress səviyyəsini yoxlayır. Bu sayədə, problem aşkar olunur və daha sonra müalicəyə başlanılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub