VALİDEYNLƏR, DİQQƏT: Günlərlə düşməyən qızdırma bu xəstəliyin əlamətidir “…ölüm faizi yüksəkdir”

1006
VALİDEYNLƏR, DİQQƏT: Günlərlə düşməyən qızdırma bu xəstəliyin əlamətidir “…ölüm faizi yüksəkdir”

Son vaxtlar azyaşlı uşaqlar arasında qızdırma halları çox müşahidə olunur. Hətta elə olur ki, qızdırma günlərlə davam edir, qızdırmasalıcı dərmanların isə heç bir köməyi olmur. Bəs görəsən azyaşlılar arasında çox rast gəlinən bu hal hansı xəstəliyin əlamətidir və uşaqların sağlamlığı üçün hansısa fəsadları ola bilərmi? Ailem.az bununla bağlı pediatr Altay Abdullaoğlunun fikirlərini təqdim edir.

Həkim bildirir ki, bu, ən qorxulu xəstəliklərdən olan kavasaki xəstəliyinin əlaməti ola bilər. Kavasaki koronar damarların (ürəyi qidalandıran damarların) zədələnməsi ilə yaranan sistemik bir xəstəlikdir: “Xəstəliyin səbəbi tam olaraq aydınlaşdırlmamışdır. Lakin infeksion mənşəli olması böyük ehtimaldır. Əsasən 5 yaşından kiçik uşaqlarda rast gəlinir. Xəstəlik ən az 5 gündən artıq çəkən və səbəbi açıqlanmayan qızdırma ilə başlayır. Qızdırma ilə bərabər gözlərdə qızarıqlıq (konyuktivit) müşahidə olunur. Bunlarla yanaşı xəstədə boyun limfa düyünlərində böyümə, boğazda şişkinlik, qızarıqlıq, quru, çatlamış, parlaq, şişkin dodaqlar, qırmızı dil (çiyələk dili), ətraflarda, gövdədə səpkilər, əllərdə və ayaqlarda şişkinlik və bundan bir müddət sonra barmaq uclarında soyulma əlamətləri müşahidə olunur”.

A. Abdullaoğlu deyir ki, kavasaki xəstəliyinin ən ciddi əlaməti koronar damarlarda və ürəkdə baş verən dəyişikliklərdir – koronar anevrizma: “Xəstəliyin diaqnozu 5 gündən artıq çəkən, səbəbi açıqlanmayan və qızdırma salıcılarla düşürülməyən qızdırma və laborator göstəricilərə əsasən qoyulur. Xəstəliyin müalicəsi üçün xəstə mütləq xəstəxanaya yatırılmalıdır. Xəstələrə yüksək dozada damar daxili immunoqlobilinlər təyin olunur (IVIG). İmmunoqlobulin təyinindən sonra xəstənin temperaturu sürətlə düşür. Düzgün diaqnoz qoyulmuş və müalicə almış xəstələr sağalır və normal həyata dönür. Vaxtaşırı həkim müayinəsi tövsiyə olunur. Kavasaki xəstəliyinin təkrarlanması nadir hallarda mümkündür. Düzgün müalicə almamış xəstələrdə ölüm faizi yüksəkdir”.

Xəbər lenti