Xərçəngin dərmanı tapıldı - Rusiyadan sensasiyalı kəşf

732
Xərçəngin dərmanı tapıldı - Rusiyadan sensasiyalı kəşf

Rus alimləri xərçəngi öldürən yeni bir dərmanın testlərinin müvəffəqiyyətli olduğunu açıqlayıb.

Mynews.az Moderator.az-a istinadla xəbər verir ki, rus alimləri bütün növ bədxassəli şişlərə qarşı təsirli olan yeni bir genetik maddə yaradıblar və ilk olaraq kosmosda test ediblər.

Rusiya Federal Biotibbi Agentliyi (FMBA) Elmi Tədqiqatları İnstitutunun direktor müavini Andrey Simbirtsev "İzvestiya" qəzetinə verdiyi müsahibədə bu yeni ixtira haqqında danışıb. Rus professor biotexnologiya yolu ilə əldə edilən istilik şoku zülalı ilə bədxassəli şişlərlə mübarizənin mümkünlüyünü deyib. Yeni tapıntının xərçənglə mübarizədə yeni bir cığır açdığını qeyd edib.

Alim əldə edilən maddənin stress amillərinin təsirilə insan orqanizmindəki hüceyrələr tərəfindən hasil edilən bir zülal molekulu olduğunu, bu molekulun kanserogen antijenlərini immunitet sisteminə "göstərmək" üçün hüceyrəyə yardım etdiyini, beləliklə, xərçəng hüceyrələrinin yaranmasına qarşı immuniteti artırdığını bildirib. İnsan bədənində maddənin kifayət miqdarda olmadığını deyən Simbitsev xüsusi biotexnologiya vasitəsilə zülal istehsal edən hüceyrə genini klonlaşdırma üsulu ilə sintezləşdirməyə başladıqlarını və bol miqdarda zülal əldə etdiklərini açıqlayıb.

Rus professor kosmosda həyata keçirilən bu təcrübəni Beynəlxalq Kosmos Stansiyasında əldə edilən maddənin siçanların üzərində sınandığını, maddənin gecikmiş mərhələlərdəki şişlərin üzərində də təsir etdiyini və əksər hallarda tam müalicə etdiyini vurğulayıb.

Klinika öncəsi tədqiqatların bir il ərzində tamamlanacağını söyləyən Simbirtsev bundan sonra başlayacaq klinik işlərin 2-3 il davam edəcəyini, beləliklə, yeni dərmanın xəstələrə 3-4 il sonra çatdırılacağını deyib.

Xəbər lenti