“Ölkə.Az” xəbər verir ki, açıqlamaya əsasən, insanın bütün vücudunu əhatə edən yeni bir orqan kəşf edilib. “İnterstitium” adlı yeni orqan toxumaların zədələnməsinin qarşısını alır və orqanizmin ən böyük orqanıdır.
“İnterstitium” adlı orqan vücud içərisindəki maye ilə dolu bölmələrdədir və toxumaları zərbələrdən qoruyur. Zərbələri əmən bir xüsusiyyətə malik olan orqan insan orqanizmi haqqındakı məlumatları yeniləyəcək:
“Bu orqan hərəkətli maye üçün bir yol kimidir. Dərinin üst təbəqəsindədir. Damarlar, əzələlər, ciyərlər və digər bütün iç orqanların arasında yerləşir”.
Alimlər qeyd ediblər ki, kəşf edilən yeni orqan üzərində tədqiqatlar davam edəcək:
“Xərçəngin bəzi orqanlarda necə yayıldığını və xərçəngin inkişafının qarşısını almaq üçün bu mövzuda araşdırmalar aparılacaq”.
Alimlər orqanların arasındakı mayelərin daşınmasının bir orqan tərəfindən həyata keçirildiyini ilk dəfə kəşf etdiklərini bildiriblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub