Əks təsiri olmayan ağrıkəsici kəşf edilib.
Publika.az-ın xəbərinə görə, almaniyalı alimlər tərəfindən kəşf edilən bu dərmanlar barədə “Science” jurnalında məlumat verilib.
Berlin Çarite Universiteti Xəstəxanası elm adamlarının kəşf etdiyi yeni üsulla hazırlanan ağrıkəsici sağlam bölgələrə heç bir təsir göstərmir. Alimlərin sözlərinə görə, morfinə bənzər yeni ağrıkəsici əməliyyatdan sonrakı iltihablaşmalar, sinir zədələnmələri, əzələ ağrıları və xərçəngdən qaynaqlanan dözülməz ağrılara qarşı tətbiq edilə bilər.
Yeni NFEPP tipli ağrı kəsiciləri yalnız turşulu mühitdə aktiv hala gələ bilir. Bu xüsusiyyət, ağrıkəsici təsirin yalnız yaralı toxumalarla məhdud qalmasını təmin edir. Beləliklə bu ağrıkəsicilər əvvəlki nəsildən fərqli olaraq tənəffüs problemləri, keylik, qəbizlik və asılılıq risklərini ortadan qaldırır.
Alimlər bildirir ki, onların dərman hazırlığında istifadə etdiyi bu yenilik yalnız ağrıkəsicilərlə məhdudlaşmayacaq.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
565 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
537 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
520 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
510 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
507 dəfə oxunub