Şüyüd tərkibində olan bir çox mineral və vitamin sayəsində insan orqanizmi üçün olduqca faydalı göyərtidir.
Mynews.az lent.az-a istinadən şüyüdün insan orqanizminə inanılmaz faydalarını sadalayır.
- Bir az doğranmış şüyüdü yeməklərdən təxminən 15 dəqiqə öncə yeyərək, özünüzü uzun müddət tox hiss edə bilərsiniz.
- Tərkibində bol miqdarda fosfor, maqnezium, mis, dəmir, sink, A və C vitaminləri yer alır.
- Bir dəstə şüyüd yeməklə gündəlik A vitamini ehtiyacınızın 43 faizini, C vitamini ehtiyacınızın isə 40 faizini qarşılaya bilərsiniz.
- Həzmsizlik, mədə ağrısı və bu kimi sağlamlıq problemlərinin müalicəsində istifadə olunan təbii vasitədir.
- Köpü aradan qaldırır.
- Bol miqdarda kalsium ehtiyatı olan şüyüd sümük sağlamlığını qoruyur.
- Hıçqırıq müalicəsində şüyüd istifadə oluna bilər.
- Tərkibində olan B vitamini və yağlar sayəsində yuxusuzluğu önləyir, sakitləşdirici təsir göstərir.
- Təbii bir insulin olaraq şəkər xəstələrinin istifadəsi üçün uyğundur.
- Xərçəng müalicəsində istifadə olunur.
- Revmatizm, iltihab, qut, artrit və oynaq iltihabı xəstəliklərinin səbəb olduğu ağrıları müalicə edir. Sümükləri bərkidir.
- Menstruasiya pozuntusu zamanı faydası var.
- Ağız və diş xəstəliklərinə qarşı təsirlidir. Şüyüd yarpaqları istifadəsi ilə ağız içi infeksiyaları müalicə edə bilərsiniz.
- Depressiyanı azaltmağa kömək edir.
- Xolesterolu aşağı salır.
- Nəfəs yolu xəstəliklərində müalicəvi təsiri var.