Uşaqlara peyvənd vurulması ilə bağlı illərdir bitmək bilməyən mübahisələr var. Həkimlər peyvəndin nə qədər vacib olduğunu desələr də, uşağını peyvənd etdirməkdən imtina edən valideynlər çoxdur. Onlar inadla bildirir ki, peyvəndlərin xeyrindən çox zərəri var.
Bəs əslində necədir?
Peyvənd vurulan zaman uşaqlarda hansısa fəsad yaranırmı?
Mynews.az lent.az-a istinadən xəbər peyvəndlərlə bağlı valideynləri ən çox maraqlandıran suallara pediatr Altay Abdullaoğlunun cavablarını təqdim edir.
Həkim deyir ki, peyvənd virus və mikrobların zəiflədilmiş, xəstəlik törətmə qabiliyyətləri əlindən alınmış formasının bizim bədənimizə yeridilməsidir: "Bunun nəticəsində bizim bədənimizin qoruma hüceyrələri bu törədicilər, infeksiyalar barədə bir məlumat əldə edirlər və onlardan qorunmaq üçün xüsusi silahlar yaradırlar. Hər hansı bir vaxtda uşaqlarımız, hətta böyük olduğu dönəmdə də bu xəstəliklə üzləşdiyi zaman xəstəliyin ya qarşısını alır, ya da yüngül keçirilməsinə səbəb olur. Bu baxımdan peyvənd çox əhəmiyyətlidir. Misal üçün, biz öz körpəmizə 3-4 doza Hepatit B peyvəndi vurdurduq. Bu peyvəndi vurdurduqdan sonra o, xəstəlikdən 90-95 faiz qoruyur. Təbii ki, bu, böyük bir nailiyyətdir. Bu baxımdan Hepatit B peyvəndinin vurulmasını tövsiyə edirik".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub