Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliklərə yoluxa bilərsiniz

924

Yeməkdən dərhal sonra çay içmək insanlar tərəfindən vərdiş halını alıb. Lakin bu vərdiş dəmiri bədəndən xaric edir, bu da öz növbəsində sürətlə kökəlməyə səbəb olur.

Yeməkdən dərhal sonra çay içirsinizsə, bu xəstəliklərə yoluxa bilərsiniz

"Ölkə.Az" Medicina.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Sinan Akkurt danışıb. O bildirib ki, dəmir əksikliyi kökəlməyin başlıca səbəblərindəndir.

Onun sözlərinə görə, səbəbsiz yorğunluq, halsızlq, əsəbilik, ürəkdə döyüntü, baş ağrısı, bulantı, əl və ayaqların soyuq olmasının səbəbi də məhz dəmir əksikliyi ola bilər. Çünki dəmirin olmaması vücudda qansızlıq yaradır:

"Bunu qan analizi ilə öyrənmək olar. Hemoqlabinin normadan aşağı olması qanın azlığından xəbər verir ki, buna da əksər zaman dəmir əksikliyi səbəb olur. Qeyd etməliyəm ki, bundan əziyyət çəkən şəxslər asanlıqla arıqlaya bilmirlər. Çünki dəmir əksikliyi hormonal pozuntulara da gətirib çıxarır. Bu da arıqlamaq əvəzinə artıq çəki qazandırır”.

Mütəxəssis dəmir əksikliyindən əziyyət çəkən və arıqlamaq istəyən insanların saxladıqları pəhrizin faydasız olduğunu qeyd edib:

"Belə şəxslər idman etməklə, ac qalmaqla arıqlaya bilməzlər. 

Dəmir əksikliyi bununla yanaşı yaddaş zəifliyinə, diqqət əksikliyi, inkişaf geriləməsinə də yol açır”.

Xəbər lenti