Bədənimizdə bütün orqanların bir funksiyası və imtina edilməz vəzifələri var. Ancaq ürəyin yeri başqadır. Ürək sanki həyatın aynasıdır. Ürəyin sağlamlığı ya da sağlamsızlığı bu aynanın əks etdirdiyi görünüşlərdən qaynaqlanır. Ürəyimiz qiymətlidir, ancaq çox vaxt onun qiymətini bilmədən yaşayırıq. İnsanın ürəyinə edəcəyi ən böyük yaxşılıqların başında pəhrizinə diqqət yetirməsi gəlir. Bununla tac arteriya xəstəliklərindən ölüm riski yüzdə 30-60 nisbətində azala bilir.
Mütəxəssislər ürəyimizə verdiyimiz 11 zərəri belə sıralayırlar:
1. Geç qalxıb geç yemək.
2. Acmadan yemək.
3. Yatmazdan əvvəl kalorili yeməklər yemək.
4. Çoxlu şirniyyat yemək.
5. Davamlı oturmaq, uzun müddət ərzində hərəkətsiz qalmaq.
6. İdman etməmək.
7. Davamlı həddindən artıq stressə məruz qalmaq.
8. Yağ toxuması artımı ilə kilo almaq.
9. Həddindən artıq spirtli içkilər qəbul etmək.
10. Siqaret çəkmək.
11. Ürəyimizi bir şikayət olana qədər heç ağlımıza gətirməmək.
ƏLAMƏTLƏRƏ DİQQƏTLİ OLUN
Xüsusilə sinə ağrısı, sinədə sıxılma və ya yanma kimi əlamətlər ürək-damar xəstəliklərinin erkən əlamətləri ola bilər. Bu şikayətlər sinədə sağda və ya solda, qollarda, mədə üzərində, boyunda və ya çənəyə doğru ola bilər.
Bununla bərabər tez yorulma, nəfəs darlığı və ya nəfəs ala bilməmə hissi, boğulma hissi, ritm nizamsızlığı, yuxusuzluq, gecə tez-tez oyanmaq ürək xəstəliyi əlaməti ola bilər.
Kişilərdə 40 yaşından sonra, qadınlarda isə 50 yaşından sonra ürək nəzarəti etdirmək lazımdır. Ancaq adamın ailəsində və bir yaxınında erkən bir ürək xəstəliyi hekayəsi, diabet və ya hipertoniya, çox yüksək xolesterol dəyərləri varsa bu nəzarətin 30 yaşlarında etdirilməsi əhəmiyyətlidir.
KÖKLÜK ÜRƏYƏ YÜKDÜR?
Yağın qarın bölgəsində toplanması (abdominal piylənmə) ürək-damar xəstəliklərinin riskini xeyli artırır.
Bel çevrəsiqadınlarda qadınlarda 80 sm-dən, kişilərdə 90 sm-dən çox olması təhlükəli sayılır.
SAĞLAM İNSAN NEÇƏ İLDƏ BİR MÜAYİNƏ OLUNMALIDIR?
Bir sağlam adamın kişidə 40 və qadında 50 yaşından sonra nizamlı ürək nəzarətləri etdirməsi lazımdır. Bu nəzarətlər aşağı riskli kəslərdə hər iki ildə bir, yüksək riskli kəslərdə isə hər il edilməlidir. Çünki əvvəlki məlumatlar artıq keçmişdə qalmışdır və bu müddət ərzində maddələr mübadiləsi dəyişə bilər və bəzi xəstəliklər başlaya bilər.
Birinci dərəcəli bir yaxınında ürək-damar xəstəliyi olan kəslər 30 yaşından etibarən ilk nəzarətlərini etdirməlidir. Kardioloji risk nisbətlərini nəzərdən keçirməli və riskini yüksəldən fiziki, diyet, həyat vərdişləri ilə əlaqədar və ya qan təhlilləri ilə əlaqədar pozuqluqlar üçün erkəndən tədbir görməlidir. Lent.az