Hər dəfə güzgüyə baxdıqda sizi narahat edən göz altı kölgələrin aradan qaldırılması üçün mütəxəssislərin tövsiyələrinə qulaq asmağınız məsləhət görülür. Bu, tək qadınları deyil, eyni zamanda kişiləri də narahat edən bir problemdir. Mynews.az-ın türk mətbuatına istinadən xəbərinə görə, Türkiyənin plastik cərrahı Bülent Cihantimur bildirib ki, belə kölgələr əsasən dəmir və ya böyrək çatışmamazlığı zamanı baş verir. Eyni zamanda bu, düzgün qidalanmamaq, spirt, siqaret, burun tutulması, allergiya problemləri, kosmetka məmulatları, soyuqdəymə və başqa xəstəliklərlə də əlaqəli ola bilər. Həkim bu kölgələri aradan qaldırmaq üçün tərkibində kofe olan gellərdən, suda əriyən B vitamini komplekslərindən, xiyar kompresindən, eyni zamanda göz ətrafının nəmlənməsinə, gözaltı torbaların və kölgənin aradan qaldırılmasına kömək edən çay kompreslərindən Aloe vera bitkisindən istifadə etməyi məsləhət görür. Qeyd edək ki, bu problemlərin aradan qaldırılması üçün istifadə edilən kremlər əks təsir göstərə bilər, odur ki həkimlə məsləhətləşmək tövsiyyə olunur.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub