Boğaza qurbağa bağlamaqla "zob" müalicə olunmur - Həkim rəyi
"Dünyada hər iki nəfərdən biri qalxanvari vəzin (tireoid vəzi) xəstəliklərindən əziyyət çəkir".
Bu sözləri Metbuat.az-a açıqlamasında həkim endokrinoloq Samir Şükürov deyib:
“Treoid vəziləri insan orqanizmində əhəmiyyətli rol oynayır. Bu vəzlər boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan kiçik bir daxili sekresiya vəzisidir. İfraz etdiyi hormonlarla bütün metabolizma, böyümə, inkişaf və s. tənzim olunur. Qalxanvari vəzin xəstəlikləri özünü vəz funksiyasının artması (hipertireoz), azalması (hipotireoz) şəklində göstərir. Vəz funksiyasının artıb-azalmasından asılı olaraq insanlarda yorğunluq, tərləmə, halsızlıq, çəki itkisi, əsəbilik, qəbizlik yaranır".
Qalxanvari vəzin hər xəstəliyinə “zob” deyilmir. Zob (boğaz uru) vəzin xərçəngdən başqa səbəblə böyüməsidir.
Həkimin sözlərinə görə, qalxanabənzər vəzi böyüdükcə xəstələrdə boğulma, boğazda yad cism hissi, səsdə dəyişiklik, dərinin quruluğu, saç tökülməsi, depressiya, yuxusuzluq, iştahasızlıq, kişilərdə cinsi zəiflik, qadınlarda aybaşı pozğunluğu baş verir. Əgər düyünün ölçüsü böyükdürsə və yuxu arteriyasına yaxın yerləşibsə, xəstələrdə keyləşmə, baş ağrıları yaranır. Özündə bu əlamətləri müşahidə edən xəstələr ilk növbədə TSH və T4 sərbəst analizləri verməli və mütləq ultrasəs müayinəsindən keçməlidirlər. Qeyd edək ki, qalxanabənzər vəzi xəstəliklərinin yaranmasında irsi faktorlar da rol oynayır.
Bəzi insanlar türkəçarələrlə məsələn, boğazına qurbağa bağlamaqla, kəhrəba daşından istifadə etməklə zobu müalicə etdiklərini düşünürlər. Bu doğru üsuldur?
Həkim bildirib ki, bunlar tamamilə, cəfəngiyatdır. Hansısa türkəçarə, fitoterapiya, qida əlavələri və ya digər müalicə üsullarının qalxanabənzər vəzi xəstəliklərinin müalicəsində xeyri yoxdur. Zobun müalicəsində 3 üsuldan istifadə edilir:
"Dərman müalicəsi - Qalxanvari vəzin çatmayan hormonunu yerinəqoyucu, əvəzedici hormonal terapiya, yaxud əksinə hormon artıqlığı olduğu vəziyyətlərdə antitiroid dərman müalicəsi, radioaktiv yod müalicəsi və və cərrahi müalicə".
Həkim əlavə edib ki, bu xəstəlikdən daha çox endemik zonalarda, yod elementinin az olduğu Şəki, Zaqatala, Qax, Balakən, Naxçıvan, Ordubad şəhərlərində yaşayan insanlar əziyyət çəkir.
Sağlamlıq
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1000 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 997 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 982 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 189 dəfə oxunub
- “Nar” sərfəli smartfon modellərini təqdim edir 187 dəfə oxunub