Böyrək sağlamlığına ciddi zərər verən 7 davranışı təqdim edirik:
Çox duz istifadəsi: Sağlam bir insanın gündə 4 qram yemək duzundan istifadəsi məqsədəuyğundur. Duzdan aşırı istifadə böyrəklərdə fəsadlar yaradır.
Sudan normadan çox istifadə etməmək: Su içmək orqanizmin sağlam fəaliyyət göstərməsi üçün əhəmiyyətlidir. Susuz qalmaq ilk olaraq böyrəklərə təsir edər. Çünki su içməmək qan təzyiqini aşağı salır. Normal müddətdə bir dəqiqədə ürəkdən vurulan qanın 20 faizi böyrəklərdən keçir. Sağlam bir insanın gündə 1.5-2 litr su içməsi vacibdir.
Sidiyi saxlamaq: Su içmək idrar prosesini sürətləndirir. Ancaq bir çox adam gigiyenik, həmçinin digər səhv vərdişlər səbəbiylə sidiyini ifraz etməyə tələsmir. Sidik saxlamaq sidik yolu infeksiyalarına, böyrək çatmazlığına qədər irəliləyən ciddi xəstəliklərə səbəb ola bilər.
Çox zülal qəbulu: Çox zülal qəbul etmək böyrək xəstəliyinin sürətlənməsinə gətirib çıxarır.
Siqaret çəkmək: Siqaret istifadəsi böyrəklərdə damar tutulmasına yol aça bilər. Böyrək xəstələrində siqaret çəkmək vərdişi ölüm riskini azı 4 dəfə artırır.
Məlumatsız halda dərman istifadəsi: Məlumatsız şəkildə antibiotik və ağrıkəsici istifadəsi böyrək çatmazlığına yol açır.
Təzyiqi nəzarət altında tutmamaq: Qan təzyiqinin yüksək olması böyrək çatışmazlığı yaradır.