Cavanlar arasında ürək xəstəlikləri niyə geniş yayılıb? Bu bəladan qorunmaq üçün mütləq OXUYUN!

961
Cavanlar arasında ürək xəstəlikləri niyə geniş yayılıb? Bu bəladan qorunmaq üçün mütləq OXUYUN!

Ötən gün Azərbaycanda 20 yaşlı gəncin metroda ürəktutmadan ölməsi son illər ürək-damar xəstəliklərinin yaşının gəncləşməsi mövzusunu yenidən gündəmə gətirdi.

Bu gün ürək və qan-damar sistemi xəstəlikləri bütün dünyada geniş yayılıb. Xüsusən də Avropa Birliyi ölkələri və Avropada bu xəstəlik böyük bəlaya çevrilib. Bu gün dünyada baş verən ölümlərin böyük əksrəiyyətinin arxasında məhz bu xəstəlik dayanır.

Mynews.az bildirir ki, "ehnheart.org" saytının ötən ili əhatə edən hesabatı belədir:

Hər il Avropada ürək və qan-damar sistemi xəstəliklərindən ölənlərin sayı 3.9 milyondan daha artıqdır. Avropa Birliyinə üzv ölkələrdə isə bu rəqəm 1.8 milyondur. Statistik məlumatlara görə, hər il Avropada ölənlərin 45 faizi, Avropa Birliyinə üzv ölkələrdə isə ölənlərin 37 faizi məhz bu səbəbdən dünyasını dəyişir.

Bu xəstəliyin xüsusən də kişilər arasında geniş yayıldığı bildirilir. Bu xəstəliklər sırasında ürəyin "işemik” problemi də geniş yayılıb.

Statistik məlumatlara görə, təkcə 2015-ci ildə ürək-qan damar xəstəliyi diaqnozu qoyulan xəstələrin sayı təkcə Avropada 11.3 milyon, Avropa Birliyi ölkələrində isə 6.1 milyon olub.

Təkcə 2015-ci ildə Avropada bu diaqnozla yaşayan xəstələrin sayı 85 milyona çatıb. 

Son 25 ildə ürək xəstələrinin sayında  xüsusi artım nəzərə çarpır. Bu səbəbdən əngəlli həyat tərzi yaşayanların da sayı artıb.

Bu xəstəlik Avropa Birliyi ölkələrinin iqtisadiyyatı üçün illik olaraq 210 min avro məsrəfə səbəb olur.

Bəs ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı  gün keçdikcə niyə artır? Bu bəladan uzaq olmaq üçün nə etmək lazımdır?

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyev Sfera.az-a açıqlamasında bildirib ki, bu gün ürək-damar xəstəliklərində əsas risk faktoru məhz arterial hipertenziya ilə bağlıdır: 

"Avropada bu xəstəlikdən ölənlərin sayı 4 milyondur ki, onun da 45%-ni kişilər, 55-ni qadınlar təşkil edir. Xəstələrə məsləhət görürəm ki, təzyiq qalxdıqda dərhal dərman qəbul etməsinlər. Xəstəliyin profilaktikası nəticə verməsə, müalicəyə başlanılmalıdır”. 

F.Quliyevin sözlərinə görə, ürək-damar xəstəliklərində digər əsas risk faktoru maddələr mübadiləsinin pozulması ilə bağlıdır: 

"Düzgün qidalanma olmadıqda bu problem yaranır. Piylənmə faktorunun da bu xəstəliyin ortaya çıxmasında mühüm rolu var. Xəstəliyin cavanlaşmasının əsas səbəblərindən biri də piylənmə-metabolik sindromla bağlıdır. Dönər, qazlı içkilər də piylənməyə səbəb olur. Təəssüflər olsun ki, məhz bu səbəbdən uşaqlar arasında arzuolunmaz xəstəliklərin sayı  artıb”.

Xəbər lenti