Hepatit C orqanizmin Hepatit C virusu (HCV) ilə yoluxması nəticəsində baş verən qaraciyərin iltihabi xəstəliyidir. Hepatit C virusunun çoxalması və qaraciyər toxumalarının zədələnmələri sayəsində patoloji proseslər inkişaf edir, qaraciyər sirrozu və xərcəng xəstəliyi riskləri yaranır. Bu forma hepatit növləri arasında ən təhlükəlisi sayılır. Təkcə orqanizmin ümumi funksiyalarını sıradan çıxardığı və əlilliyə, ya da ölümə səbəb ola biləcək xəstəlik yarada biləcəyi üçün yox, həm də xəstəliyin gedişatının xarakterinə görə. Məsələ ondadır ki, hepatit C-nin simptomları bir qayda olaraq, ifadə olunmur, infeksiya gizli inkişaf edir, virus əleyhinə peyvənd isə mövcud deyil.
Hepatit C-nin yaratdığı ağırlaşmalardan hər il 350 minə yaxın insan ölür.
Hepatit C-nin əlamətləri
Mynews.az hekimtap.az-a istinadən bildirir ki, hepatit C-nin ilkin əlamətlərinin büruzə verməsi orqanizmin müqavimətindən asılıdır. Yoluxmadan ilkin simptomatikanın üzə çıxmasınadək olan müddət 2 həftədən 6 ayadək davam edə bilər. İnfeksiyadan şübhə yaranarsa, ilkin diaqnostika kimi qanın polimezar zəncir reaksiya (PZR) metodu ilə müayinəsi aparılır ki, bu da yoluxmadan 2 həftə sonra qanda virusun RNT-sinin olub-olmadığını aşkara çıxarmağa şərait yaradır.
Hepatit C-ni "mülayim qatil" kimi xarakterizə etmək olar. Belə ki, gizli simtomatika və ifadə olunmuş ağırlaşmalar HCV-yə şübhə olmadan orqanizmin ciddi zədələnməsi ilə nəticələnir.
Hepatit C-nin ilkin simptomlarına iş qabiliyyətinin aşağı düşməsini, astenik vəziyyəti, yorğunluq hissini aid edirlər.
Virusun orqanizmdə ifadə olunmuş yayılması mərhələsində hepatit C-nin əlamətləri ağıdakılardır:
- İştahanın pozulması və ya olmaması;
- Ürəkbulanma;
- Ümumi zəiflik, asteniya, əhvalın pisləşməsi;
- Oynaqlarda ağrı;
- Dəri örtüyü, selikli qişa, gözlərin ağlı qişasının sarımtıl rəng alması. Belə ki, qaraciyərin zədələnməsi qanda bilirubin konsentrasiyasının artmasına səbəb olur;
- Qaraciyər və dalağın ölçülərinin böyüməsi.
Hepatit C-nin səbəbləri, virusa yoluxma yolları
HCV virusu qan və digər bioloji ifrazatlar vasitəsilə hematogen yolla yoluxur. İnfeksion agent ən kiçik qan damcılarında belə mövcuddur və maye quruduqdan sonra otaq temperaturunda 5 gün aktiv qalır. Yoluxma HCV-li xəstənin biloji materialının invaziv prosedurlar zamanı digər orqanizmə daxil olması nəticəsində baş verir. Yoluxma, həmçinin yaralanmış dəri səthindən də (cızıqlar, çatlar, selikli qişaların zədələnməsi və s.) ola bilər.