Professor Canan Karatay Ramazan ayında oruc tutan şəxslər üçün 7 mühüm tövsiyə ilə çıxış edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis imsakda və iftarda yeyilməsi lazım olan, həmçinin zərərli qidaların siyahısını açıqlayıb.
Kəllə-paça şorbaları bol-bol yeyilə bilər.
İmsakda kənd kərə yağında bişirilmiş 2-3 yumurta yeyin. Bu, oruc tutan şəxslərin gün boyu aclıq hiss etməməsi və daha gümrah qalmasını təmin edir.
Çoxlu sümük suyu için. Sümük suyu içsəniz, bütün günü sakit keçirəcəksiniz.
İmsakda çox yaxşı yemək lazımdır. Yumurta, kərə yağı, zeytun, fındıq və fıstıq kimi çərəzlərə üstünlük verin. Amma yanında çay için.
Çayı, südü və qəhvəni şəkərsiz için.
İftara doğru başın ağrımasının səbəbi susuzluqdur. Susuzluq baş ağrısı yaradır, orqanizmin isə suya çox ehtiyacı var. Odur ki, imsakda və iftarda çoxlu maye qəbul edin, su için.
Pide Türkiyədə Ramazan ayında ən çox üstünlük verilən yeməklərdən biridir. Onu yaş maya ilə hazırlamaq lazımdır. Lakin pideni iki yerə bölün, bir tərəfinə bol kərə yağı sürtüb yeyin. Yağsız olmaz.