Bu xəstəliyin üzərinə düşməsəniz, nəticəsi ağır ola bilər

918
Bu xəstəliyin üzərinə düşməsəniz, nəticəsi ağır ola bilər

Uşaqlar və böyüklər arasında skalioz olanların sayı artıb. Həkimlər həyəcan təbili çalırlar. Valideynlər diqqətli olmalıdırlar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Azərbaycanda hər 1000 uşaqdan 100-ü skaliozdan əziyyət çəkir.

Xankişi Həmidov - Sakin: "Bu gün gətirdik uşağı yoxlamağa. Xanım həkim dedi ki, bu uşaqda 1-ci dərəcəli skalioz var və bundan ötrü də müalicə etmək lazımdır".

Həkimlərin sözlərinə görə, indi hər 1000 uşaqdan 100-ü skaliozdan əziyyət çəkir. Xəstəliyə 6-15 yaşlı uşaq və yeniyetmələrdə, 18-25 yaşlı gənclərdə daha çox rast gəlinir. 

Seyfulla Atamalıyev - Travmatoloq: "Bunların forması da 3 cürdür. C formalı, S formalı, bir də Z formalı, yəni əyriliyin növünə görə. Daha kiçik yaşlarda uşaqlarda infandil forma olur. 3, 4, 5 yaşında uşaqlarda, yuvenil forma adlanır, bir də yeniyetmələrdə elə yeniyetmə forması deyirlər. Skalioz adətən qız uşaqlarında oğlanlara nisbətən 3, 6 dəfə çox olur".

Həkimlər bildirir ki, gələcəkdə skaliozlar yaranmasın deyə uşaqlar körpə yaşlarından nəzarətdə saxlanılmalıdır. Bu işin məsuliyyəti isə anaların üzərinə düşür. 

Səriyyə İslamzadə - Nevropatoloq: "1-ci analara müraciət edirik ki, analar uşaqları düzgün istiqamətdə tutsunlar qucaqlarında onları birtərəfli tutmasınlar. Bir tərəfli yedizdirməsinlər. Yaxşı olar ki, valideyn nəzarət eləsin uşaqların iməkləməsinə. Uşaqlar indi az iməkləyir".

Məktəb yaşlı uşaqlarda isə skaliozun yaranma səbəbləri qida pozğunluğu, qeyri-aktiv həyat tərzi, əksər hallarda isə oturaq vəziyyətdə olmalarıdır. D vitamini çatışmazlığı da bu problemə gətirib çıxarır. 

Vüsalə Cəfərova - Həkim: "Son zamanlar uşaqlar, həm də böyüklər sosial şəbəkələrdən daha çox istifadə edirlər. Saatlarla oturub telefona baxan şəxslərdə skalioz daha çox olur. Bu, həm də məktəblilərin çantalarını uzun müddət bir çiynində gəzdirməsi nəticəsində olur. Həmçinin skalioz xəstəliyi fiziki cəhətdən zəif olan şəxslərdə daha tez rast gəlinir".

Səriyyə İslamzadə - Nevropatoloq: "Orta məktəb uşağına maksimum 3,7 kq götürmək məsləhətdir. Amma bu, necə götürülməlidir? Bu paylanmalıdır. Ağır məktəb çantası kürəkdə gəzdirilsə, məsələn, 2 kq-sa o birisi ələ götürülməlidir. Bu, bütün dünyada belədir".

Skaliozların daha ağır forma almaması üçün həkim nəzarəti mütləqdir.

Xəbər lenti