Siqareti tərgidən insanların ən böyük problemlərindən biri səhər oyandıqlarında hiss etdikləri nikotin ehtiyacıdır. Bədən və beyin bu zəhərin varlığına o qədər alışıb ki, siqareti tərgitdikdə orqanizmdə bir sıra narahatlıqlar ortaya çıxa bilir. Amma istədikdən sonra hər şeyi bacarmaq mümkündür. Mynews.az-ın ailem.az-a istinadən verəcəyi bu qarışımla siqareti tərgitmək daha asan olacaq. Səhər yuxudan duranda bu qarışımdan içsəniz, gün boyu siqaret ehtiyacınızı ödəmiş olacaqsınız.
Siqareti tərgitməyə kömək edən C vitaminli qarışım:
Lazım olanlar:
1 ədəd limon
1 ədəd portağal
1 ədəd kök
1 çay qaşığı rəndələnmiş zəncəfil
15 üzüm giləsi
1 stəkan jenşen tozu
1 litr su
Hazırlanması:
Zəncəfil və limonun kəskin dadı lazımsız təsirlər üçün mükəmməl bir ikilidir. Qarışımı hazırlayarkən ilk olaraq portağal və limonun suyunu sıxın. Limonun qabığını atmayın, bir kənarda saxlayın. Kökü yuyub, doğradıqdan sonra əvvəlcədən hazırladığınız limon və portağal suyu ilə qarışdırın. Bu qarışıma jenşen tozunu, rəndələnmiş zəncəfili və üzümləri əlavə edin. Son olaraq limon qabığıyla bərabər suyunu töküb qarışdırın.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub