Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. Bu parlaq ləkə müxtəlif bamraqlarda müxtəlif görünüşə malikdir, lakin ən yaxşı böyük barmaqda sezilir, çeçələ barmağında isə ümumiyyətlə görünməyə bilər.
Normal aypara böyük dırnaq səthinin 20-25% örtür. Onun ölçüsü və formasının dəyişməsi insan səhhətilə bağlı ciddi problemlər barədə xəbər verə bilər!
Belə ayparaların dırnaqda olmaması yüksək qan təzyiqi və ürək xəstəliklərinə irsi meyilliyə işarədir. Əgər böyük barmaqda bu ayparalar yoxdursa, deməli təzyiqlə bağlı çox ciddi problemləriniz var. Belə halda həkimə müraciət etmək lazımdır.
Heç bir barmaqda ayparanın olmaması B-12 vitamini çatışmazlığından, qalxanabənzər vəzi problemləri, nervoz və yüksək ağrı hissiyatından xəbər verə bilər.
Ayparaların adi ölçüdən böyüklüyü aşağı qan təzyiqindən xəbər verir. Böyük ölçülü ayparalar, adətən idmançılarda müşahidə olunur.
Bundan əlavə bütün barmaqlarda ayparaların həddindən çox böyüklüyü ürək çatışmazlığı fəsadı ola bilər.
Ayrı-ayrı dırnaqlardakı ayparaların müxtəlifliyinə, adətən vəzilərin sekresiyasının (vəzilərin orqanizmin fizioloji fəaliyyətinə lazım olan maddələr hazırlayıb ifraz etməsi prosesi) pozulması müşahidə edilən insanlarda rast gəlinir. Bu, yenə də təzyiqlə bağlı problemlərdən xəbər verə və hipertoniya əlaməti ola bilər.
Bundan əlavə ayparanın rənginə də diqqət yetirmək mühümdür. Əgər aypara parlaq göy çalara malikdirsə, bu, qara ciyər fəaliyyətində pozuntudan xəbər verir. Qırmızıdırsa, ürək çatışmazlığına işarə edir.
Hər bir barmaq müəyyən orqanlar qrupu ilə əlaqəlidir. Baş barmaq baş beynə cavabdehdir.
Şəhadət barmağı ağ ciyərlər və bağırsaqla əlaqəlidir. Ağ ciyərləri xəstə olan insanlar, eləcə də həddindən çox siqaret çəkənlərdə ayparalar nazik olur və ya ümumiyyətlə görünmür. Forma və ölçüdəki dəyişikliklər həzm yolu problemləri barədə xəbər verə bilər.
Orta barmaq qan-damar sistemi fəaliyyətini əks etdirir. Bu barmaqda ayparanın olmaması sinir sisteminin damar xəstəlikləri simptomu ola bilər.
Adsız barmaq böyrəklər və endokrin (daxili ifrazat) sistemi fəaliyyətindən məlumat verir. Əksər insanlarda adsız barmaqda aypara kiçik olur, odur ki, yalnız rənglərinə əsaslanmaq lazımdır.
Çeçələ barmağı ürək və nazik bağırsaq fəaliyyətinə cavabdehdir.