Bu içkinin bir stəkanı sağlamlığınız üçün dəhşətli nəticələri ola bilər!
Aspartam (l-apatril -L-fenilalanin) demək olar ki, kalorisi olmayan şəkər tozundan 200 dəfə daha şirin olan şəkər əvəzləyicisidir.
Publika.az xarici mətbuata itinadən xəbər verir ki, onu adətən alkoqolsuz içkilərdə, eləcə də digər müxtəlif pəhriz məhsullarında istifadə edilir. Sözügedən maddənin qatıldığı məhsulları çəkisinə nəzarət etmək istəyən, lakin şirniyyatdan imtina etmək iqtidarında olmayan insanlar istifadə edir. Lakin insanların əksəriyyəti başa düşmür ki, aspartam şəkərdən heç də faydalı deyil. Son araşdırmalar da götərir ki, diyetik məhsulların ən qatı pərəstişkarları qidalanma vərdişlərini dəyişdirməlidir.
Ayova Universitetinin tədqiqatçı alimləri həyəcan təbili çalır, çünki yeni məlumatlar aspartamın əslində sağlamlığımız üçün düşündüyümüzdən də daha təhlükəli olduğunu sübut edib. Bu onillik ərzində alimlər təxminən 60 000 nəfəri sınaqdan keçirib, süni şirinləşdirici maddənin onların sağlamlığına təsirini araşdırıb, nəticələr isə çox dəhşətli olub.
Aparılan araşdırma göstərib ki, gündə cəmi iki stəkan diyetik içki istehlakı - bu, ürək-damar xəstəlikləri riskini düz 30% artıra bilər. Həmçinin o da məlum olub ki, içki istehlakının bu səviyyəsi infarktın ölüm ehtimalını 50% artırır.
Aspartamın digər mənfi effektləri də var. O depressiya riskinə səbəb bilər, bu da öz növbəsində insanları ürək-damar xəstəliklərinə qarşı daha həssas edir. Depressiyadan əziyyət çəkən xəstələr siqaretə, spirtli içkilərə meylli olduğu, həmçinin hərəkətsiz həyat tərzinə üstünlük verdiyi üçün onlarda tez-tez ürək xəstəliyi özünü göstərir.
Aspartam bir çox digər cismani və psixoloji problemlər də yarada bilər. Aspartam istehlakının mənfi əlamətləri ilə bağlı siyahı aşağıdakılardır:
Hiperaktivlik
Səksəkə
Alsqeymer xəstəliyi
Baş ağrısı
Başgicəllənmə
Şəxsiyyət dəyişiklikləri
Təcavüz
Qurdeşənəyi (Bu zaman insan immuniteti hipeaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir)
Qarında ağrı
Bütün bunlara baxmayaraq, indiyə qədər Ayova Universitetinin alimləri tərəfindən aparılan tədqiqatların nəticələrini təsdiq etməyənlər də var. Məsələn, Avropada aspartam istifadə olunmuş qida məhsullarının təhlükəsizliyi üzrə müntəzəm test keçirir və onlar belə qənaətə gəlib ki, sözügedən maddə insan orqanizminə mənfi təsir göstərmir.
Nəticə etibarə ilə öz bədənini tanıyan və sağlam qidalanmaq itəyən insanlar aspartamı qida rasionuna daxil edib etməməsinə özləri qərar verməlidir.
Sağlamlıq
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 1109 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 1070 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 1069 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 1031 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 1028 dəfə oxunub