USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bu bitkilər həm də... Faydalı Məlumatlar

20:39 01.06.2018
Bu bitkilər həm də... Faydalı Məlumatlar
20:39 01.06.2018

Qidaları və içkiləri təzə ikən yemək ən yaxşıdır. Amma çox təəsüf ki, bu hər zaman mümkün olmur. Bu səbəblə qidaları uyğun şəraitdə saxlamaq lazımdır.

Çiyələk ən tez xarab olan, küflənən meyvələrdən biridir. Çiyələklərin uzun müddət təzə qalması üçün əvvəlcə böyük bir kasaya soyuq su tökün. Daha sonra içinə bir su stəkanı qədər sirkə əlavə edin. Çiyələkləri bu suya batırıb çıxarın. Sirkəli su sayəsində çiyələklər daha uzun müddət təzə qalacaqdır.
Artıq qalan çörəklər bir neçə gün içində küflənə bilər. Əgər soyuducuya qoyaraq çörəyinizin boyatlamasını istəmirsinizsə bir budaq kərəviz sapı işinizə yarayacaq. Kərəviz sapı çörəyinizin daha uzun müddət təzə qalmasına kömək edəcəkdir.

Narın olduqları üçün yaşıllıqlar tez bir zamanda canlılıqlarını itirir və tez yumuşayır. Yaşıllıqların yumuşamaması üçün onları saxlamaq məqsədilə dəsmaldan istifadə edə bilərsiniz.

Evinizdəki südün tez xarab olmaması üçün südə bir qədər duz əlavə edərək onun uzun müddət təzə qalmasını təmin edə bilərsiniz.

Qırmızı ədviyyatlar mütləq soyuducuda saxlanılmalıdır. Beləliklə rənglərini və ləzzətlərini itirməzlər. Streç film və aliminium folqo oksigen çıxışına mane olduğu üçün pendirlərin qurumasına səbəb olur. Buna görə də pendirləri yağlı kağıza bükərək soyuducuya qoya bilərsiniz.

metbuat.az


Sağlamlıq

Xəbər lenti

300x200r