USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Sonsuzluğun çarəsi olan bildirçin yumurtasının İNANILMAZ FAYDALARI

21:20 02.06.2018
Sonsuzluğun çarəsi olan bildirçin yumurtasının İNANILMAZ FAYDALARI
21:20 02.06.2018

Toyuq yumurtasından nisbətən kiçik, qida dəyəri daha zəngin olan bildirçin yumurtası körpənin qidalanmasında üstünlük təşkil edir. Sarısında toplanan zülal ana südündəki zülala bərabər xüsusiyyəti daşıyan yeganə qida olan bildirçin yumurtasından dünyanın bir çox ölkəsində təbii müalicə üsulu kimi istifadə edilir.

Publika az inancalara görə uşağın dil açmasından tutmuş, sonsuzluğu aradan qaldıran bildirçin yumurtası haqda bütün məlumatları təqdim edir.

Bildirçin yumurtasında olan vitamin və minerallar

Toyuq, hinduşka, qaz və ördək yumurtası kimi yumurtalarından daha çox vitamin və mineral ehtiva edən bildirçin yumurtasında bol miqdarda A, E, B 12 vitamini, riboflavin, folat və pantotenik turşusu var. Kalsium, dəmir, maqnezium, fosfor, kalium, natrium, sink və selenyum bildirçin yumurtasında olan mineral növləridir.

Bildirçin yumurtasının faydaları nələrdir?

Öskürək, astma, bronxit, mədə və döş xəstəliklərinin müalicəsində istifadə edilən təbii antibiotikdir.

Qan azlığı və anemiya xəstəliyinə yaxşı təsir edir.

Ürək əzələlərini gücləndirir və ürək xəstəliklərinə tutulma riskini azaldır.

Uşaqların fiziki və zehni inkişaflarının artırılmasını və iştahlarının açılmasına köməkçi olan bildirçin yumurtası, daşıdığı amin turşusu ilə də uşaqların immunitet sistemini gücləndirir.

Cinsi fəallığl artırır.

İnsan bədəninə güc verir. Əməliyyat yaralarının sağalmasına kömək edir.

Bildirçin yumurtasının zərərləri

Körpələrin inkişafı üçün istifadə edilən bildirçin yumurtası həkimlə məsləhətləşmədən verilməməlidir, çünki uşağın böyrəklərinin yüklənməsinə səbəb ola bilər. İntensiv şəkildə bildirçin yumurtası yeyən uşaqlarda erkən yetişkinlik baş verir. Daha əvvəl ürək problemləri olan və ya yüksək xolesterin şikayəti olan insanlarda mənfi təsirləri ola bilər. Bu səbəblə bildirçin yumurtası istifadə edərkən mütləq mütəxəssislərə məsləhət edilməlidir.

Bildirçin yumurtası necə bişirilməlidir?

Adətən çiy istifadə edilən bildirçin yumurtası suda və ya tavada yağda bişirilir. Ancaq bildirçin yumurtasının çiy olaraq istifadə edilməsi təklif edilir. Çox kiçik olduğundan digər yumurtalar kimi asan qırılmır, ortasından bıçaq ilə kəsərək və əl köməyi ilə qırmaq mümkündür.


Sağlamlıq

Xəbər lenti

300x200r