Qarabaşaq son dövrlərdə çox məşhur bir qidaya çevrilib.
Metbuat.az xəbər verir ki, qreçka olaraq da tanınan qarabaşağın lif tərkibli olması səbəbi ilə pəhriz saxlayanların qida siyahısında yer alır. Tərkibində qluten olmaması səbəbi ilə xərçəngə qarşı qoruyucu olması, aşağı yağ tərkibi və yüksək protein səbəbi ilə hər kəsin diqqətini çəkməyə başlayıb.
Qarabaşağın tərkibində olan rutin sayəsində xolestrol düşürcü təsiri vardır. Ürək dostu olan qarabaşaq nizamlı olaraq istifadə edildikdə hipertəzyiq riskini də azaldır.
Qarabaşaq glisemik indeksi aşağı olan qidalar arasında yer alır. Qan şəkəri səviyyəsini aşağı salaraq nəzarətdə saxlayır.
Tərkibindəki potasium səviyyəsi olduqca yüksək olan qarabaşaq təzyiqi tənzimləyir. Maqnezium, dəmir fosfor cəhətdən zəngin olan qarabaşaq qansızlığa da faydalıdır.
Qarabaşağın tərkibində olan B1, B3, B5 və B9 vitaminləri sayəsində sağlam bir dəri və güclü saçların yaranmasına kömək edir. Tərkibindəki rutin maddəsi sayəsində qırışıqlıqların qarşısını alır.
Qarabaşaq kolin komponentləri sayəsində qaraciyərə olduqca faydalıdır. Beləliklə qaraciyər yağlanmasının qarşısını alır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub