Yataq ağlarının ütülənməsi ev işlərinin ayrılmaz tərkib hissəsidir. Lakin mütəxəssislər bu kifayət qədər mürəkkəb və vaxt aparan proseduru lazımsız və hətta ziyanlı hesab edir.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, Amerika və Avropada yataq ağlarını ütüləmək ənənəsi çoxdan unudulub.
Belə ki, yataq ağlarını ütüləməmək üçün sizə 5 səbəb təqdim edirik:
1. Yataq ağlarının ütülənməsi zamanı onların hiqroskopik (nəmi özünə çəkmək) xüsusiyyəti azalır ki, bu da sağlamlıq üçün faydalı hesab edilmir.
2. Təzə ütülənmiş ağlarda nəmlik qalır. Əgər qadın ütülənmədən dərhal sonra ağları dolaba yığırsa bu nəmişliyin və kif göbələklərinin əmələ gəlməsinə səbəb olur. Kif göbələkləri sağlamlığımız üçün çox ziyanlı sayılır və allergiyadan xərçəngə qədər bir çox xəstəliklər və pozulmaların riskini artırır.
3. Ütüləmə prosessi çoxlu vaxt aparır. Müasir qadın onsuz da çox işləyir, yüklənir və həddindən artıq yorulur. Bu prosedurdan imtina etməklə qadın dincəlmək və özünə qulluq etmək üçün həftədə bir neçə saat boş vaxt əldə edə bilər.
4. Ütüləmə zamanı qadın bəzən bir neçə saat ayaq üstə dayanmalıdır ki, bu da ayaq damarları üçün çox ziyanlıdır.
5. Bir çox qadınlar ütüləməni əlavə dezinfeksiya vasitəsi kimi qiymətləndirir. Lakin müasir paltaryuyan maşınları və camaşır tozları yataq ağlarının lazım olan dezinfeksiyasını təmin edir ki, əlavə dezinfeksiya tədbirlərinə ehtiyac qalmır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub