Bəzən heç təsəvvür etmədiyimiz bir qida səhhətimiz üçün önəmli ola bilir. Buna görə alimlərin apardığı araşdırmalar nəticəsində əldə etdikləri xırda, amma lazımlı nəticələri bilmək lazımdır.
Mynews.az xarici KİV-ə istinadən orqanizm üçün önəmli olacaq üç məlumatı təqdim edir:
Banan QİÇS-i sağaldacaq
Miçiqan universitetinin professorlarının yeni araşdırmasına əsasən bananın tərkibində olan lektin-zülalı QİÇS virusu ilə mübarizə aparmaq üçün əla vasitədir. Aparılan təcrübə sübut edib ki, banan təkcə virusu yox etmir, həm də onun yenidən qayıtmasının qarşısını alır.
Yuxusuzluqdan pendirlə xilas ol
Müasir dövrdə hər 10 insandan səkkizi yuxusuzluqdan əziyyət çəkir. Böyük Britaniyada mütəxəssislər yuxusuzluğa qarşı əla çarə tapıblar. Qəribə olsa da bu, bir faktdır: pendir yuxusuzluq sindromunu tamamilə yox edir. Bunun üçün yatmazdan əvvəz 20 qram pendir yemək kifayətdir. Bu, həm yuxu gətirir, həm də insanı rahatladır.
Zəhərlənməyə qarşı ilk yardım - cirə
15 ədəd cirə toxumunu 350 ml. suda qaynadıb içmək zəhərlənməyə kömək edəcək.
Əgər evdə cirə yoxdursa, onda köməyinə araq gələcək:
Arağa duz töküb, qarışdırıb iç. Ardından 1 portağalı sıxıb, suyuna duz qatıb, içsən əla nəticə əldə edərsən.