Rüşvətdə ittiham olunan baş həkimin məhkəməsi başladı
Lənkəran Rayonlararası Onkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən baş həkimi Əli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Mynews.az-ın xəbərinə görə, məhkəmədə Ə. Əliyevlə birlikdə həbs edilən daha yeddi nəfərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 5-nə təyin edilib.
Baş hakimə qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) və daha bir neçə maddə ilə cinayət işi açılıb.
Onunla birlikdə Dispanserin bir neçə həkimi də həbs edilib. Həbs edilənlərin sayı ümumilikdə səkkiz nəfərdir.
Sağlamlıq
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1129 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 1125 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 1091 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 990 dəfə oxunub
- Çağırışdan yayınanlar əsgər göndərilir - Adlar təqdim edildi 972 dəfə oxunub