“Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir”.
Mynews.az Ölkə.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.
N.Quliyev qeyd edib ki, 2014-cü ildən başlayaraq davamlı olaraq keçirilən uşaqların məcburi disparenzisasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozunun müəyyənləşdirilməsi və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir.
Baş pediatr valideynlərə müraciət edərək bildirib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, cəmiyyətə böyük dəstək verilə bilər: “Zamanında nevroloji xəstəliklərin qarşısı alınmazsa uşaqlar arasında əlilliyin sayı da kifayət qədər çox olacaq. Odur ki, icbari disparenzasiya vacibdir. Belə ki, körpə doğulan gündən sonrakı müddətdə 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər vaxtında aşkarlansın”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub