Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.
Səhiyyə Nazirliyindən Mynews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır:
“Ümumiyyətlə, “donuz qripi” vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib”.
“Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər”, - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, bəzi saytlarda Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub