Azərbaycanda “donuz qripi” aşkarlanan 16 nəfərin heç biri xəstəxanaya yerləşdirilməyib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
O bildirib ki, həmin şəxslərin heç biri xəstəxanaya yerləşdirilməyib, onların hamısının vəziyyəti yaxşıdır:
“16 nəfərdə A/H1N1 virusunun olması Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında, eləcə də, ÜST tərəfindən təsdiqlənib. Bu qrip Azərbaycanda kəskin şəkildə müşahidə edilmir. Əgər kəskin olarsa, bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyinin üç böyük klinikası bu xəstəliklə mübarizə apara bilər”.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin proqram koordinatoru Cəvahir Süleymanova isə məsələ ilə bağlı həkimə müraciət edən xəstələrin hər birinə qrip diaqnozunun qoyulmasının düzgün olmadığını deyib:
“Xəstəxanaya müraciət edən pasiyentlərə həkim tərəfindən birbaşa qrip diaqnozunun qoyulması düzgün deyil. Çünki qrip virusu yalnız laborator şərait yoxlanıldıqdan sonra təsdiqlənə bilər. Əgər laboratoriya nəticələrində xəstədə hər hansı virus aşkarlanmayıbsa, onlara qrip diaqnozu qoyula bilməz”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub