Gözün refraktiv qüsurlarından biri olub yaxın və uzaq məsafəni dumanlı görməklə xarakterizə olunur.
Gözə düşən işıq şüaları gözün buynuz qişa, bullur, vitrus adlandırılan şüakeçirici mühitlərindən keçərək torlu qişa adlandırdığımız gözun daxili qatında fokuslanr. Astiqmatizm zamanı vahid fokus nöqtəsi olmur və o uzdən həm yaxın, həm də uzaq görmə qarışıq, yayğın şəkildə olur.
Astiqmatizmin corneal və lentikulyar növləri vardır. Corneal astiqmatizm anadangəlmə olur və ya sonradan yarana bilər. Anadangəlmə astiqmatizmdə buynuz qişa şəffaf olsa da asferik formada olur. Astiqmatizm yüksək dərəcədə olduqda göz tənbəlliyi yaranır.

Travmadan sonra buynuz qişada capıq əmələ gəldikdə, pterigium adlandırdığımız xəstəlik zamanı və keratokonus xəstəliyinin inkişafı zamanı ikincili astiqmatizm yaranır. Göz daxili büllurda baş verən dəyişikliklər zamanı lentikulyar astiqmatizm yaranır.
Astiqmatizm korreksiya edilməklə aradan qaldırılır. Müvəqqəti və daimi korreksiya mövcuddur.
Müvəqqəti korreksiya zamanı eynək ve kontakt linzalar təyin olunur. Daimi korreksiyanı isə eximer lazer vasitəsilə aparmaq mümkündür.
Buynuz qişanın göstəriciləri eximer lazerin aparılmasına uyğun gəlməzsə, o zaman göz içi linzalar refraktiv düzəltmə məqsədilə göz daxilinə yerləşdirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub