Alimlər bədəndəki zərərli xolesterin səviyyəsini aşağı salmaqla ürək tutması ilə beyin qanaması riskini azalda biləcək yeni dərmanın sinaqlarını başa çatdırıblar.
British Heart Foundation tibb-xeyriyyə cəmiyyəti 27 min adamın iştirak etdiyi sınaqları ürək-damar xəstəliklərilə mübarizə sahəsində əhəmiyyətli irəliləyiş adlandırıb.
Mynews.az BBC-yə istinadən bildirir ki, zərərli xolesterin damarların tıxanmasına səbəb olaraq ürək və beyin kimi müxtəlif orqanların qanla təchizatını pozur.
Zərərli xolesterin ələyhinə hazırda statin əsaslı dərmanlar istifadə olunur.
Yeni dərman - evolocumab - qaraciyərdən keçən qanın tərkibində zərərli xolesterinin azalmasına səbəb olur.
"Bu statinlərdən daha effektivdir", - Amgen farmakologiya şirkətinin maliyyələşdirdiyi tədqiqatda iştirak edən UCL kollecinin professoru Peter Sever bildirir:
"Xolesterinin həcmi azala-azala gedirdi və nəticədə indiyədək tibbi təcrübədə rast gəldiyimiz ən aşağı səviyyəyə endi".
Ürək tutması ilə beyin qanaması hər il 15 milyon adamın ölümünə səbəb olur.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub