Hansı hisslər bədəndə ağrıya səbəb olur?

789
Hansı hisslər bədəndə ağrıya səbəb olur?

Bədəndəki ağrıları, sadəcə xəstəlik və ya fiziki yorğunluqla əlaqələndirmək doğru deyil.

Publika.az xəbər verir ki, “Psycology Today” adlı nüfuzlu sağlamlıq jurnalında yayımlanan araşdırma insanın gün ərzində keçirdiyi hisslərin, onu mənəvi cəhətdən yoran duyğuların bədənin müəyyən hissələrində ağrılara səbəb ola bildiyini aşkarlayıb.

Stress və narahatçılıq

Stress və mütəmadi olaraq davam edən narahatçılıq baş ağrısına səbəb olur. Çünki stresli vəziyyətdə insanın nəfəsalma vərdişində dəyişikliklər olur. Bu isə beynə daha az oksigen getməsi ilə nəticələnir. Xroniki baş ağrılarının səbəbi stress ola bilər.

Kin

Araşdırma sübut edib ki, xroniki boyun ağrısının səbəbi kinli olmaqdır. İnsanları bağışlaya bilməmək, kin saxlamaq özünüzə zərər verir. Bağışlamağı öyrənin.

Sevgisizlik

Kürək ağrılarının səbəbi sevgisizlik ola bilər. Özünü tənha hiss edənlər kürək ağrılarından əziyyət çəkirlər.

Günahkar hiss etmək

Çiyinlərinizdə hiss edilən ağrıların səbəbi daşıdığınız mənəvi yük ola bilər. Özünüzü hər hansı mövzuda günahkar hiss edirsinizsə, fiziki baxımdan da əziyyət çəkəcəksiniz.

Maddiyatla bağlı qayğılar

Mütəxəssislər bildirirlər ki, ev, iş, pul barədə tez-tez fikirləşməli olanlar, gələcəklərini planlaşdırarkən maddi çətinlik çəkənlərdə bel ağrıları olur.

Ünsiyyət qurmamaq

Psixoloqlar bildirirlər ki, əllər insanlar arasında ünsiyyəti təmin edən ən önəmli orqanlardan biridir. Ona görə də, danışarkən çox vaxt əl-qol hərəkətləri edirik. Qollarda və əllərdə hiss edilən ağrılar məhz ünsiyyət problemi ilə əlaqələndirilir. Özünüzü istədiyiniz kimi ifadə edə bilmir və ya susmağa məcbur qalırsınızsa, əl və qollarda ağrı baş verə bilər.

Eqo

Hər kəs özünü sevməlidir. Ancaq eqo özünü sevməkdən qaynaqlanmır, əksinə özünə nifrətin bir növüdür. Yalnız özünə güvənməyən insanlar özlərini tərifləyir, olmadıqları biri kimi görünməyə can atırlar. Təvazökarlıqdan xəbəri olmayan belə insanlarda tez-tez diz ağrıları müşahidə edilir.

Pessimizm, ümidsizlik hissi

Bədənin bütün yükünü ayaqlar çəkir. Elə mənfi enerji də ayaqlara yığılır. Ümidsiz, pessimist insanlarda ən çox ayaq ağrıları müşahidə edilir.

Qısqanclıq

Ayaq ağrılarının başqa bir səbəbi də qısqanclıq hissidir.

Xəbər lenti