Uşaqlar və böyüklər maskadan istifadə etsin - XƏBƏRDARLIQ

2861
Uşaqlar və böyüklər maskadan istifadə etsin - XƏBƏRDARLIQ

"Biz xəstəliyin qarşısını almalıyıq. Çünki xəstəlik olduqdan sonra onun müalicəsi üçün həm daha çox resurs tələb olunur, həm də hər hansı xəstəliyin əlamətləri qalır. Xəstəlik nəticəsində bir sıra hallarda ciddi fəsadlar insanlara uzun müddətli və keyfiyyətli həyat sürməyə mane olur".

Mynews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

Onun sözlərinə görə, koronavirusla mücadilə üçün ilk addım kimi sanitar-gigiyenik normalara riayət etmək lazımdır:

"Bu dövrdə mütləq şəkildə maskalardan istifadə olunmalıdır. İstənilən qapalı məkanlar, küçələrdə belə insanların sıx olduğu yerlərə daxil olarkən açıq səmada olsa da, mütləq şəkildə maskadan istifadə edilməlidir.

Maskadan hamı - uşaqlar və böyüklər istifadə etməlidir. Beş yaşdan yuxarı uşaqların da maskadan istifadə etməsi xüsusi önəm kəsb edir. Bundan əlavə fiziki məsafə saxlanılmalı, əllər tez-tez yuyulmalı, asqıran və öskürən zaman mütləq salfetlərdən istifadə edilməli, sonra atılmalı və əllər təmizlənməlidir. Əgər salfet yoxdursa, qoldan və pencəyin içəri hissəsindən istifadə olunmalıdır ki, digər insanların yolxumasına səbəb olmasın".

Xəbər lenti