İstisna hallarda koronavirus xəstəsi yaşadığı ünvanı tərk edə bilər.
Mynews.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, istisna hal yaranarsa, müvafiq olaraq səhiyyə qurumu məlumatlandırılmalı və təlimat üzrə hərəkət edilməlidir:
"Əks təqdirdə heç bir halda müalicə təyin olunan koronavirus xəstəsi yaşadığı ünvanı tərk etməməlidir", - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, karantin qaydalarına əsasən koronavirusa yoluxmuş şəxs 14 gün ərzində yaşadığı ünvanı tərk etməməlidir. Sahə həkimləri evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə etməli, əgər ağırlaşma olarsa, o zaman həkimlər vətəndaşın stasionar şəraitdə müalicəsini davam etdirmək barədə qərar verməlidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub