Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar - Xərçəngin dərmanı tapıldı

ABŞ-da kiçik miqyaslı bir kliniki sınaq keçirilib.
"The New England Journal of Medicine” jurnalinda dərc olunan araşdırmaya görə, düz bağırsağın xərçəngi diaqnozu qoyulan 12 xəstə altı ay ərzində "Dostarlimab” adlı dərmanı qəbul etdikdən sonra irəliləyişə nail olub.
Nyu Yorkdakı "Memorial Sloan-Kettering” Xərçəng Mərkəzinin onkoloqu və jurnalın aparıcı müəlliflərindən biri olan doktor Luis Diaz "The New York Times” bildirib ki, bu, xərçəng əleyhinə vasitələrin sınaqları tarixində ilk dəfə baş verib.
Xəstələr müalicə zamanı əhəmiyyətli yan təsirlərlə qarşılaşmayıb. Hərçənd, dərmanın səbəb ola biləcəyi müxtəlif mənfi reaksiyaları aşkar etmək üçün kifayət qədər insanın araşdırmada iştirak etmədiyi vurğulanıb.
Tədqiqatdan ruhlanan elm adamları ümidverici nəticələrin təkrarlanmasının lazım olduğunu söyləyib və xərçəngin tamamilə yox edildiyi qənaətinə gəlmək üçün hələ çox tex olduğu barədə xəbərdarlıq ediblər.
Sağlamlıq
- Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - AÇIQLAMA
- Qanı qatılaşdıran 5 qida – 40 yaşından sonra yemək olmaz
- Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı
- Həkimlərdən koronavirusla bağlı xəbərdarlıq - Əgər boğazınız ağrıyırsa...
- Sınaqlarda tarixdə ilk dəfə bütün xəstələr sağaldılar - Xərçəngin dərmanı tapıldı
- Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda kütləvi zəhərlənmə 965 dəfə oxunub
- Piyadanı vurub qaçan blogerə hökm oxundu 956 dəfə oxunub
- Türkiyədə zəlzələdə ölənlərin sayı AÇIQLANDI 943 dəfə oxunub