Gözlərin ətrafında qara kölgələrin əmələ gəlməsi bir çox hallarda yuxunun az olması, stress, dəriyə düzgün olmayan qulluq, qızardılmış qidalardan, siqaret və spirtli içkilərdən sui-istifadə zamanı əmələ gəlir
Dəri orqanizmin ən böyük hissəsidir. İstənilən xəstəlik və pozulmalar dərinin vəziyyətinə təsir edir. Mynews.az saglamolun.az-a istinadən xəbər verir ki, gözlərin ətrafında qara kölgələrin əmələ gəlməsi bir çox hallarda yuxunun az olması, stress, dəriyə düzgün olmayan qulluq, qızardılmış, hisə verilmiş, duzlu qidalardan, siqaret və spirtli içkilərdən sui-istifadə zamanı əmələ gəlir. Lakin bəzən bu simptom çox ağır daxili xəstəliklərin xarici təzahürü kimi meydana çıxır.
Bu xəstəliklər arasında:
böyrək xəstəlikləri
ürək-damar sistemi xəstəlikləri
helmintozlar (qurd xəstəlikləri)
qalxanvari vəzi xəstəlikləri
qanazlığı
qadınlarda hormonal pozulmalar.
Bu səbəbdən gözlər ətrafında qara (göyümtül, sarımtıl) kölgələr əmələ gəlibsə onları krem və pudra ilə gizlətməyə tələsməyin, terapevtə müraciət edin. Müayinədən sonra həkim hər hansı pozulmadan şübhələnərsə, sizi analizlərə və digər mütəxəssislərin müayinələrinə göndərə bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub