Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı

SADS - yaşı 40-dan aşağı olan insanların qəfil ölüm sindromudur. Son 2 il ərzində, xüsusilə pandemiya dövründə bu diaqnozdan ümumi ölüm faizində artım müşahidə olunub.
Buna səbəb isə ürəyin elektrik ötürücü sistemində patologiyalar və onların verdiyi fəsadlardır.
Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Emin Hacıbalayev "SADS (qəfləti aritmik ölüm sindromu)" mövzusunda məlumat verib.
İnvaziv kardioloq bildirib ki, əsasən təhlükəli aritmiyalar aşağıdakı xəstəliklərin nəticəsidir:
- Bruqada sindromu
- Katexolaminerjik polimorf mədəcik taxikardiyası
- Uzun QT sindromu (UQTS)
- Qısa QT sindromu (SQT)
- Timoti sindromu
- WPW sindromu
Həkimin sözlərinə görə, bu simptomlar təhlükə olduğunu göstərir:
- İdman və ya fiziki aktivlik zamanı sinədə diskomfort, ağrı, təngənəfəslik, bayılma ya qıcolma, qorxu hissi
- Bəzi pasiyentlərdə yuxu zamanı qısa müddətli ürək dayanmaları, nəfəsin qeyri-normal alınması
- Ürək çırpıntısı hissi
- Barmaqlar arasında pərdə olması. Bu, nadir simptomlardan ola bilər.
E.Hacıbalayev xəstəliyə diaqnoz qoymağın üsullarını da açıqlayıb. Qeyd edib ki, elektrokardiogramma, tredmil test, genetik testlər, katexolamin provokasiya testi, exokardioqrafiya, Holter monitorinq, Fetal EXO, Angioqrafiya kateterizasiya və Elektrofizioloji müayinə vasitəsilə xəstəliyə diaqnoz qoymaq mümkündür.
"Xəstəliyi əsas səbəbdən asılı olaraq düzgün müalicə taktikası, implantasiya edilə bilən kardioverter-defibrilyator, beta blokerlər və xinidin istifadə etməklə, eləcə də sol ürəyin simpatik denervasiyası və QT intervalı uzadan dərmanların istifadəsini dayandırmaqla müalicə etmək mümkündür", - deyə həkim bildirib.
E.Hacıbalayev pasiyentlərə səhhətlərində hər hansı problemin olduğuna dair şübhə yarandıqda dərhal kardioloji müayinələrdən keçməyi və pandemiya dovründə səhhətlərinə daha çox diqqət ayırmağı məsləhət görüb.
Sağlamlıq
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
- Mütəxəssislər xəbərdarlıq edir - Mədəniz çox yeməkdən partlaya bilər
- Nazirlikdən uşaqlar arasında yayılan virusla bağlı - AÇIQLAMA
- Qanı qatılaşdıran 5 qida – 40 yaşından sonra yemək olmaz
- Yaşı 40-dan aşağı olanlarda qəfil ölümün səbəbləri - Həkim açıqladı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Bakıda aylıq 141 manat ödəməklə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ 1009 dəfə oxunub
- Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək - Götürülən kreditlərə... 1001 dəfə oxunub
- 2 hərbçi faciəvi şəkildə öldü 963 dəfə oxunub
- Bu ölkədə qızılca epidemiyası elan edildi 592 dəfə oxunub
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO) 578 dəfə oxunub