Siqaret çəkənlər zamanla siqareti buraxmaq istədiklərini, ancaq bacarmadıqlarını deyirlər. Mütəxəssislər bu pis vərdişdən xilas olmağın təbii yollarını açıqlayıb. Lakin siqaret vərdişindən xilas olmaq üçün iradə və istəyin olması da vacibdir.
Həkim İbrahim Saraçoğlunun təklif etdiyi bu çayı hazırlamaqla pis vərdişdən qismən xilas ola biləcəksiniz. Çayı hazırlamaq üçün bir çay qaşığı quru kəklikotu və bir stəkan xlorsuz suya ehtiyacınız var. Suyu qaynadın və qaynama davam edərkən içərisinə kəklikotu əlavə edin. Qaynadıqdan sonra qarışımı soyudun. Siqaret çəkmək istəyi yarandıqda həmin qarışımdan için.
Kəklikotunun tərkibindəki təsirli maddələr siqaretdən alacağınız nikotinə qarşıdır. Bu təsirli maddələr zamanla siqareti atmağınıza və sağlam bir həyat sürməyinizə yardım edəcək.
Onu da qeyd edək ki, bu çaydan siqaret çəkən hamilə qadınlar da içə bilər, ancaq əvvəlcə mütləq həkimlə məsləhətləşmək lazımdır.
Mütəxəssislər hamiləliyin ilk üç ayında düşük riski çox olduğu üçün bitki mənşəli kürlərdən istifadə etməməyi məsləhət görür.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub