Alzheimer (unutqanlıq) xəstəliyi xüsusilə 65-70 yaş arası insanlarda daha çox yaşanır.
Alimlər araşdırma nəticəsində unutqanlıq probleminin ən əyləncəli yolunu ortaya çıxarıblar: musiqi. Aile.lent.az araşdırmanın nəticələri ilə sizi tanış edir.
Araşdırmaçı alimlərin fikrincə, musiqi duyğuları, duyğular da xatirələri canlandırır.
Alzheimer xəstələrinə bu yolla təkrar bəzi şeyləri qazandırmaq və öyrətmək üçün ən yaxşı yol musiqi ola bilər. Musiqi alətində çalmağı bacaran xəstələrdə xüsusilə bu alətləri istifadə etmək çox faydalı sayılır. Hətta musiqi ritmləri altında rəqs xəstədə toxunma duyğularını, bununla birlikdə güvən duyğusunun artması və xatirələrin canlanmasında gözəl bir yol ola bilər.
Musiqi yuxu problemlərini də həll edir
Musiqinin həm də rahatladıcı və sakitləşdirici təsiri var. Xəstələrdə narahatlıq, aqressiya, yuxu problemlərini həll edir. Unutqanlığın qarşısını almaq üçün tədbir görmədən əvvəl bunun hansı səbəbdən ortaya çıxdığını müəyyən etmək lazımdır.
Unutqanlığa səbəb olan amillər hansılardır?
Damar sərtliyinə səbəb olan yüksək təzyiq, şəkər, xolesterol yüksəkliyi, siqaret istifadəsi bu problemə səbəb olur.
Sosial ünsiyyət qurun, aktiv olun. Stress, depressiya, narahatlıq kimi amilləri həyatınızda azaldın.
Nizamlı qidalanın.
Zövq alacağınız işlər görün. Hobbinizə davam edin. Müntəzəm idman edin.
Siqaret çəkirsinizsə, tərgidin.
Hafizəni gücləndirmək üçün nələr etmək olar?
- Krasvord həll edin.
- Scrabble kimi oyunlar oynayın.
- Mühüm telefon nömrələrini bir yerə yazın.
- Bir şeyi necə edəcəyinizi unudursunuzsa, proqram qurun.
- Qoyduğunuz əşyaları tapa bilmirsinizsə, həmişə eyni yerə qoyun.
- Biri ilə danışarkən diqqətinizi ona verin.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub