Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
"Qızılcayla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır”.
Mynews.az xəbər verir ki, bu barədə "Trend”in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qızılcaya qarşı bir qayda olaraq uşaqlar qeydiyyatda olduqları poliklinika tərəfindən peyvənd olunurlar.
"Hər hansı ümumi təhsil müəssisəsində qızılcanın simptomları müşahidə edilərsə, dərhal yerli poliklinikalara məktəb rəhbərliyi tərəfindən məlumat verilir. Qızılcaya yoluxmuş şagird və ya şagirdlər oxuduqları siniflərdən virusun inkubasiya dövründə (10-14 gün) kənarlaşdırılırlar. Bununla bağlı sahə həkimləri tərəfindən təhsil müəssisələrində müvafiq izahat işləri aparılır”, - deyə bildirilib.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına əsasən hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb.
Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur.
Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir.
Sağlamlıq
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Körpəyə siqaret verib şəklini paylaşanlara - RƏSMİ REAKSİYA 950 dəfə oxunub
- Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq? 182 dəfə oxunub
- Bu gün 132 mindən çox uşaq birinci sinfə gedəcək 181 dəfə oxunub
- Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - FOTO 79 dəfə oxunub
- Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur 77 dəfə oxunub