Koronavirus ömrü qısaldır ARAŞDIRMA

7949
Koronavirus ömrü qısaldır ARAŞDIRMA

Koronavirus səbəbilə dünyada gözlənilən ömür uzunluğu 1,6 il azalıb.

Mynews.az xəbər verir ki, ABŞ-nin Sağlamlığın Ölçülmə və Qiymətləndirilməsi İnstitutunun (IHME) mütəxəssisləri COVID-19 pandemiyasının bütün dünya əhalisi üçün fəsadlarını açıqlayıblar. "The Lancet"də dərc olunan bir məqaləyə görə, infeksiyanın yayılması 2020-2021-ci illər ərzində orta ömrün 1,6 il azalmasına səbəb olub.

Müəlliflər yeni virusların dağıdıcı potensial təsirini nümayiş etdirərək təhlil edilən bütün ölkələrin və ərazilərin 84 faizində (cəmi 204) gözlənilən ömür uzunluğunun azaldığını deyiblər. İki il ərzində 15 yaşdan yuxarı insanlar arasında ölüm nisbəti kişilərdə 22 faiz, qadınlarda isə 17 faiz artıb. Bununla belə, Mexiko, Peru və Boliviya orta ömür uzunluğunun ən çox azaldığı yerlər sırasında olub.

Ancaq pandemiyaya baxmayaraq, insanlar hələ də əvvəlkindən xeyli uzun yaşayırlar. 1950-2021-ci illər arasında orta ömür uzunluğu 23 il artaraq 49-dan 72 yaşa çatıb.

Tədqiqat həm də əhalinin qocaldığı bir çox zəngin ölkələrin əhalisinin necə azalmağa başladığını, kasıb ölkələrdə isə bu tendensiyanın artmaqda davam etdiyini göstərib. Alimlər deyirlər ki, bu dinamika gənc əhalinin azaldığı regionlarda işçi qüvvəsi çatışmazlığı və əhalinin sürətlə artmaqda davam etdiyi yerlərdə resurs çatışmazlığı kimi görünməmiş sosial, iqtisadi və siyasi problemlərə gətirib çıxaracaq.

Xəbər lenti